22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Amkala”nın futbolçusu leykoz xəstəliyindən dünyasını dəyişib
Tarix: 10-02-2024 21:02 | Bölmə: Karusel

Şənbə günü səhər Amkal media komandasının oyunçusu, "Finito" ləqəbli Nikita Kurylenko öldü.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı idmançının ölümünə səbəb leykoz xəstəliyinin təkrarlanması olub.
Yanvar ayında Finito leykemiya xəstəliyinin residivindən əziyyət çəkdiyini açıqladı. Fevralın 11-də Nikita Kurylenko vəfat etdi.
Keçən il Nikitaya ciddi xəstəlik diaqnozu qoyuldu. Kurylenkoya sümük iliyi transplantasiyası tələb olundu. Donor qismində futbolçunun qardaşı çıxış edib. Avqust ayında Finito donor hüceyrələrinin kök saldığını və sağaldığını bildirdi. Ancaq qışda Nikita Kurylenkonun həyatına son qoyan bir residiv oldu.
Keçmiş videobloqer və futbol simulyasiya oyunçusu Nikita Kurylenko 2018-ci ildə "Amkal"-a qoşulub.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər