22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İran FİFA-nı israilli futbolçuları cəzalandırmağa çağırıb
Tarix: 10-02-2024 20:49 | Bölmə: Karusel

İran Futbol Federasiyası İsrail komandalarının bütün yarışlardan kənarlaşdırılmasında israrlıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iranlılar bununla bağlı FİFA-ya müraciət ediblər.
İran Qəzza zolağında münaqişə zəminində israilli futbolçuların beynəlxalq yarışlarda iştirakını qəbuledilməz hesab edir. Bundan əvvəl daha 12 ölkənin milli federasiyaları oxşar müraciətlə çıxış etmişdi.
“FİFA, regional futbol assosiasiyaları və milli federasiyaların təcili tədbirləri dünya futbol ictimaiyyətinin nizamnaməsinin sosial məsuliyyət sahəsində normalarının yerinə yetirildiyini nümayiş etdirəcək”, - RİA Novosti İran Futbol Federasiyasından sitat gətirir. Martda İsrail yığması Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsi ilə qarşılaşacaq.
İsraillilərin beynəlxalq futbol yarışlarından uzaqlaşdırılmasının təşəbbüskarı Qərbi Asiya Futbol Federasiyasının prezidenti, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn olub. Təşəbbüs qrupuna Yaxın Şərqin 12 ölkəsinin nümayəndələri daxil idi.




Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər