22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Haalandın dublu "Mançester Siti"ni İngiltərə çempionatının zirvəsinə çıxarır
Tarix: 10-02-2024 19:36 | Bölmə: Karusel

Mançesterdə İngiltərə Premyer Liqasının 24-cü turunun oyunu başa çatıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İngiltərə çempionu "Mançester Siti" "Everton"u qəbul edib.
"Mançester Siti" "Everton"u 2:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində “şəhərlilər” önə çıxıb.
Matçın taleyi ikinci hissədə həll olunub.71-ci dəqiqədə “Siti”nin bombardiri Erlinq Haaland rəqibin cərimə meydançasında ən çevik olub və hesabı açıb. 85-ci dəqiqədə Haaland “Everton”un qapısına doğru qaçaraq dubl edib.
“Mançester Siti” 52 xal toplayıb və sabiq lider “Liverpul”u bir xal qabaqlayıb. Amma “qırmızılar” “Bernli”ni məğlub etsə, birinci yerə qayıda bilərdi. 19 xalla “Everton” aşağı liqa zonasında qalıb – 18-ci pillədə.




Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər