22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Soçi” “Zenit”in futbolçusu Sutormini icarəyə verib
Tarix: 10-02-2024 16:44 | Bölmə: Karusel

"Zenit"in yarımmüdafiəçisi Aleksey Sutormin mövsümün yaz hissəsini "Soçi"də keçirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu çempionatın sonuna kimi cənublulara icarəyə veriləcək.
ÇSKA, Rubin və Rostov Aleksey Sutormin üçün təkliflər vermişdi. Amma sonda 30 yaşlı futbolçu "Soçi"yə yollanacaq.
İdman jurnalisti İvan Karpovun sözlərinə görə, “Zenit” və "Soçi" Rusiya millisindən futbolçu icarəyə götürməyə razılaşıb. İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Aleksey Sutormin Rostovda başa vura bilərdi, lakin klublar transferlə bağlı razılığa gələ bilmədilər.
Bu mövsüm Aleksey "Zenit"in heyətində bütün turnirlərdə 11 oyun keçirib və 2 məhsuldar ötürmə verib. Futbolçunun Sankt-Peterburq komandası ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.




Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər