22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya Müdafiə Nazirliyi: 100 rus hərbçisi Ukrayna əsirliyindən qayıdıb
Tarix: 08-02-2024 21:29 | Bölmə: Karusel

Yüz rus hərbçisi ölüm təhlükəsi ilə üz-üzə qaldıqları Ukrayna əsirliyindən vətənlərinə qayıdıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bunun müqabilində yüz ukraynalı hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Hərbi idarənin dəqiqləşdirdiyi kimi, azad edilən bütün ruslar Moskvaya aparılacaq. Burada onlar hərbi hospitallarda müalicə və reabilitasiya alacaqlar. İndi onlara lazım olan bütün tibbi və psixoloji yardımlar göstərilir.
Rusiya Müdafiə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin məhbus mübadiləsində “vasitəçi iştirakını” qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı BƏƏ-nin prezidenti Məhəmməd bin Zeid Əl Nəhyana Ukrayna ilə saxlanılan şəxslərin mübadiləsində göstərdiyi köməyə görə təşəkkür edib.
Bundan əvvəl əsirlərin dəyişdirilməsi yanvarın 31-də baş tutub.Sonra 195 hərbi qulluqçu Rusiyaya qayıdıb.





Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər