22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rostovlular "Spartak"ı məğlub ediblər
Tarix: 07-02-2024 23:17 | Bölmə: Karusel

RPL Qış Kuboku matçında "Rostov" Əbu-Dabidəki "Əl Nahyan" stadionunun meydanında Moskva "Spartak"ını məğlub edərək, rəqib qapısına üç cavabsız qol göndərib - 3:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblər müvafiq olaraq 39-cu, 41-ci və 62-ci dəqiqələrdə fərqlənən Yevgeni Çernov, Nikolay Komliçenko və Kirill Şçetinin qollarını vurublar.
Valeri Karpinin komandası üçün bu oyun yoldaşlıq turnirində ikinci olub. Rostovlular bundan əvvəl "Şabab Əl-Əhli"ni məğlub edib (3:1). “Qırmızı-ağlar” ilk görüşünü keçirib.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər