22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Netanyahu: "HƏMAS üzərində qələbə ayların işidir"
Tarix: 07-02-2024 23:08 | Bölmə: Karusel

Baş nazir Binyamin Netanyahu bildirib ki, İsrail HƏMAS üzərində tam qələbə qazanmaq yolundadır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, illərin yox, bir neçə ayın məsələsidir.
Bundan əvvəl Həmas İsrailin girovların dəyişdirilməsi təklifinə cavab verib. Fələstin hərəkatı qadınları, uşaqları, xəstələri və qocaları azad etməyə hazırdır, lakin bunun müqabilində İsrail həbsxanalarında saxlanılan bütün qadın, uşaq, xəstə və qocaların da azad edilməsini tələb edir. Üstəlik, min yarım fələstinli məhbus azad edilməlidir ki, onlardan 500-ü uzun müddətə və ya ömürlük həbsə məhkum edilib.
Tam atəşkəsə gəlincə, İsrail mediasının məlumatına görə, Təl-Əviv buna razı olmayacaq.
Bu arada İsrail Müdafiə Qüvvələri Xan Yunis şəhərində onlarla radikalın məhv edildiyini bildirib. Bundan əlavə, İDF-nin əlinə çoxlu sayda silah - pulemyotlar, qumbaralar, əldəqayırma partlayıcılar keçib.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər