22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Sallivan: "Amerikalıların əksəriyyəti Kiyevi dəstəkləyir"
Tarix: 07-02-2024 21:13 | Bölmə: Karusel

Ukrayna amerikalıların əksəriyyəti tərəfindən dəstəklənir, bu, ABŞ-ın və transatlantik alyansın əsas milli təhlükəsizlik maraqlarına cavab verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, “Amerika xalqının böyük əksəriyyəti” Kiyevi dəstəkləməyi məqsədəuyğun hesab edir və buna görə də ABŞ bu kursa sadiq qalmağa davam edəcək.
Dövlət başçısının müşaviri həmçinin əmin olduğunu bildirib ki, amerikalıların əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün davam etdirilməsinin tərəfdarıdır.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujninin istefaya göndərilməsi ilə bağlı xəbərləri şərh edən Sallivan bildirib ki, Kiyevin şəxsi qərarlarından asılı olmayaraq, Ağ Ev Ukrayna hökumətinə və Ukrayna ordusuna dəstəyini davam etdirəcək.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər