22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Taker Karlson tezliklə Vladimir Putindən müsahibə alacağını bildirib
Tarix: 06-02-2024 23:18 | Bölmə: Karusel

Amerikalı jurnalist Taker Karlson tezliklə Rusiya prezidenti Vladimir Putindən müsahibə alacağını təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Biz Moskvadayıq. Rusiya prezidenti Vladimir Putinlə müsahibəni lentə almaq üçün buradayıq. Bunu tezliklə edəcəyik", - o, dərc olunmuş videomüraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya lideri ilə söhbət ona görə lazımdır ki, amerikalılar Rusiya və Ukraynada baş verənlərdən tamamilə xəbərsizdirlər.
Jurnalist əlavə edib ki, verilişinin epizodlarının dərc olunduğu X sosial şəbəkəsinin sahibi İlon Mask Rusiya prezidenti ilə Ağ Evin iki dəfə pozmağa çalışdığı müsahibəni əngəlləməyəcəyinə söz verib.
Bundan əlavə, Karlson bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə almağı planlaşdırır, çünki Ukrayna liderinin sözlərini yayan digər Amerika mediası insanların ölümünə səbəb olan ən iyrənc formada təbliğat aparır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "Fox News"-in keçmiş aparıcısının Moskvaya səfərini şərh edərkən bildirmişdi ki, Putinin hələlik xarici mediaya müsahibə verməyi planlaşdırmır.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər