22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Zeit": Almaniya Şimal axınının partlaması ilə bağlı araşdırmaları dayandırmağı planlaşdırmır
Tarix: 06-02-2024 20:38 | Bölmə: Karusel

Almaniyanın Baş Prokurorluğuna istinadən “Zeit” nəşri İsveçin qərarına baxmayaraq, Almaniya “Şimal axını” qaz kəmərlərində təxribatların təhqiqatını dayandırmayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin əlavə etdiyinə görə, alman hüquq-mühafizə orqanları İsveç hərbçilərinin səthə çıxardığı boru parçaları ilə xüsusilə maraqlanır.
Daha əvvəl məlum olmuşdu ki, İsveç prokurorluğu şübhəlilərin kimliyini müəyyən edə bilmədiyi üçün partlayışlarla bağlı istintaqı bağlamağı planlaşdırır. Bu halda toplanmış sübutlar Almaniyaya verilə bilər.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında “Şimal axını” qaz kəmərinin hər iki qolunda partlayışlar baş vermişdi. Heç kim təxribata görə məsuliyyəti üzərinə götürməyib. Lakin amerikalı jurnalist Seymur Herşin öyrəndiyi kimi, bombalar Norveçdən olan həmkarlarının köməyi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən yerləşdirilib. Lakin belə bir versiya var ki, partlayışda Vaşinqtonun razılığı ilə hərəkət edən ukraynayönlü qrup iştirak edib.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər