22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Yunanıstan "S-300"-ləri Ukraynaya vermək niyyətində deyil
Tarix: 05-02-2024 16:46 | Bölmə: Karusel

Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis bildirib ki, Yunanıstan "S-300" zenit-raket komplekslərini (SAM) Ukraynaya ötürmək niyyətində deyil və buna görə öz müdafiəsini riskə atmaq fikrində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “yalan xəbərlərə son qoymaq lazımdır, xüsusən də bu xəbər Yunanıstanın müdafiəsi, onun xarici siyasəti və xaricdəki maraqları, xaricdəki imicimizlə bağlıdır”, - Marinakis bildirib.
Yunanıstanın "S-300"-ləri Ukraynaya təhvil vermək niyyəti yoxdur, "mən qəti şəkildə təkzib edirəm (belə xəbər - redaktorun qeydi)" hökumət nümayəndəsi vurğulayıb.
“Ona görə də yazılanlar heç bir şəkildə və ya heç bir mənada keçərli deyil” deyə, Marinakis yekunlaşdırıb.




Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər