22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Trondheim meri 2025-ci il dünya çempionatında rus xizəkçiləri görmək istəmir
Tarix: 05-02-2024 15:20 | Bölmə: Karusel

Rusiyalı xizəkçilərin 2025-ci il dünya çempionatında iştirakı gözlənilmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Norveçin Trondheim şəhərinin meri Kent Ranum çıxış edib.
VG Ranumdan sitat gətirir: "Bir ölkənin idmançılarının cəbhədə, digər ölkənin isə yarışlarda olması düzgün deyil. Ona görə də rus idmançılarına mesajım budur: "Tronheymdə siz xoş qarşılanmırsınız".
Xizək üzrə Dünya Çempionatı 2025-ci il fevralın 26-dan martın 9-dək Trondheimdə keçiriləcək.
Bundan əvvəl Beynəlxalq Xizək və Snoubord Federasiyası Ukraynada baş verən hadisələrə görə rus və belarusluları təşkilatın himayəsi altında keçirilən yarışlardan kənarlaşdırıb.




Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər