22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
A Seriyasının liderləri matçında "İnter" "Yuventus"a qalib gəlib
Tarix: 05-02-2024 13:28 | Bölmə: Karusel

İtaliya çempionatında "İnter" Turin təmsilçisi "Yuventus"u qəbul edib.

23-cü turun qarşılaşması 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeganə qol ilk hissənin 37-ci dəqiqəsində vurulub. Qonaqların müdafiəçisi Federiko Qatti topu öz qapısına kəsdi.
"İnter" A seriyasında ardıcıl dördüncü qələbəsini qazanıb. Milanlılar 57 xal toplayıb və turnir cədvəlinə liderlik etməkdə davam edirlər. "Yuventus" 53 xalla ikinci pillədə qərarlaşıb.

Növbəti turda Turin klubu doğma meydanda “Udineze”ni, “İnter” isə səfərdə “Roma”nı qəbul edəcək.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər