22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ruy Vitoriya Misir millisindən qovulub
Tarix: 04-02-2024 23:54 | Bölmə: Karusel

Portuqaliyalı mütəxəssis Ruy Vitoriya futbol üzrə Misir milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qovulmasına səbəb misirlilərin Afrika Millətlər Kubokunda uğursuz çıxışı olub.
Ruy Vitoriya ilə birlikdə onun bütün köməkçiləri Misir millisindən ayrılıb. Mohamed Yussuf baş məşqçi kimi fəaliyyət göstərəcək.
Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda Misir yığması mübarizəni 1/8 finalda başa vurub. Misirlilər Konqo Demokratik Respublikasına penaltilər seriyasında məğlub olublar. Eyni zamanda Misir yığması zədə səbəbindən lideri, "Liverpul"un hücumçusu Məhəmməd Salahı itirib.
Ruy Vitoriya 2022-ci ilin yayından Misir millisinə rəhbərlik edirdi. Portuqaliyalının əvvəlki iş yeri Moskva Spartakı olub və o, müqavilədə nəzərdə tutulan 3 il əvəzinə 6 ay işləyib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər