22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Messinin yoxluğu Honq Konq hökumətini qəzəbləndirir
Tarix: 04-02-2024 20:48 | Bölmə: Karusel

Bazar günü Honq Konqda yerli Honq Konq XI komandası ilə MLS klubu İnter Mayami arasında yoldaşlıq oyunu keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qonaqlar 4:1 hesabı ilə qalib gəliblər.
Bununla belə, stadiona toplaşan 37 min tamaşaçı komandalarının məğlubiyyətinə üzülməyib. "İnter Mayami"nin əsas ulduzu Lionel Messi yox idi.
Bir gün əvvəl Messi qalan futbolçularla birgə məşq edib. Amma bazar günü argentinalı tamaşaçıların intizarına baxmayaraq, meydana çıxmadı. Azarkeşlər əvvəlcə “Messini görmək istəyirik”, sonra isə “pulu qaytarın” şüarları səsləndiriblər. Görüşün sonunda onlar kütləvi şəkildə stadionu tərk etməyə başlayıblar.
Honq-Konq hökuməti də öz qəzəbini bildirib və qonaq komandadan izahat tələb edib. Matçın keçirilməsi üçün təxminən 2 milyon dollar qrant ayrılıb. İndi hakimiyyət müqaviləyə yenidən baxmaq və qonaq komandanın qonorarını xeyli azaltmaq niyyətindədir.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər