22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Polşanın şərqində pilotlar üçün xəbərdarlıq edilib
Tarix: 04-02-2024 19:15 | Bölmə: Karusel

Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı Belarus, Rusiya və Ukrayna ilə sərhəd bölgələrində pilotlara xəbərdarlıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, ehtimal olunan “planlaşdırılmamış hərbi əməliyyatlar”la bağlıdır.
Əməliyyat komandanlığının bəyanatında bildirilir ki, dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı planlaşdırılmamış hərbi əməliyyatlar mümkündür. Xəbərdarlıq Polşanın Rusiya, Belarus və Ukrayna ilə sərhədləri boyunca şərq hissəsi üçün qüvvədədir.
Bu xəbərdarlıq 2024-cü il fevralın 5-dən mayın 5-dək etibarlıdır.
Bundan əvvəl RF OP yanında Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının sədri Vladimir Roqov demişdi ki, Polşa Ukraynanın bölünməsinə hazırlaşır. Onun fikrincə, o, "məşhur Avropa hinası kimi, bu işdə fəal iştirak etmək istəyir".



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər