22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qolovin və Kuzyaev komandaları bərabərə qalıblar
Tarix: 04-02-2024 18:47 | Bölmə: Karusel

Fransada Liqa 1-də 20-ci turun oyunları keçirilir.“Monako” liqaya yeni gəlmiş “Le Havr”ı qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksandr Qolovinin çıxış etdiyi "Monako" və heyətində digər rusiyalı futbolçu - Daler Kuzyayevin yer aldığı "Havr" qalibi açıqlamayıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol ikinci hissənin ortalarında vurulub. Əvvəlcə Vissam Ben Yedder “Monako”nu önə keçirdi. Lakin 2 dəqiqə sonra komanda yoldaşı Yusuf Fofana öz qapısına zərbə endirib. Aleksandr Qolovin bütün oyunu oynadı və sarı vərəqə aldı. Daler Kuzyaev 88-ci dəqiqədə əvəzlənib.
“Monako” 35 xalla dördüncü yerdədir. "Havr"ın 24 xalı var və 11-ci yerdədir.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər