22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Bloomberg": milyarder İqor Buxman 30 milyon dollara Londonda malikanə alıb
Tarix: 04-02-2024 12:21 | Bölmə: Karusel

Oyun nəhəngi "Playrix"-in həmtəsisçisi İqor Buxman Londonda 25 milyon funt sterlinq (30,6 milyon dollar) dəyərində malikanənin sahibi olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Bloomberg"-in məlumatına görə, milyarder bu evi keçən ilin yayında Londonun elit Kensinqton rayonunda alıb. Anonim mənbələr onu da iddia edir ki, Buxman artıq 2019-cu ildə qonşuluqdakı evi alıb və hər iki malikanəni təmir etməyi planlaşdırır.
İqor və Dmitri Buxman qardaşları 2004-cü ildə Voloqdada "Playrix"-i təsis etdilər və 2022-ci ilə qədər şirkət mobil cihazlar üçün dünyanın ən böyük oyun tərtibatçılarından birinə çevrildi. 2022-ci ilin oktyabrında "Playrix" Rusiyadakı ofislərinin bağlandığını elan etdi və onun təsisçiləri “rus” milyarderləri adlandırılmamağı xahiş etdilər.
İqor Buxmanın nümayəndələri şərh verməkdən yayınıblar. "Bloomberg" "Billionaires Index"-ə görə, sahibkarın sərvəti təxminən 3,5 milyard dollar qiymətləndirilir.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər