22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kilian Mbappe "Real Madrid"ə keçməyə qərar verib
Tarix: 03-02-2024 22:55 | Bölmə: Karusel

"Paris Saint-Germain"-in hücumçusu Kilian Mbappe "Real Madrid"ə keçəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu müvafiq qərarı verib.
Kilian Mbappenin "Real Madrid"lə gələcək müqaviləsinin təfərrüatları hələ də gizli saxlanılır. Lakin bu müqavilə Kral klubunun tarixində ən böyük sövdələşmə ola bilər.
TASS-ın “Le Parisien” qəzetinə istinadən verdiyi xəbərə görə, Mbappe yayda “Real Madrid”in futbolçusu olacaq. Kilianın "Paris Saint-Germain" ilə müqaviləsi iyunun sonunda başa çatır. 25 yaşlı futbolçu müqaviləni yeniləməyəcək. Mbappe artıq Paris klubunun rəhbərliyinə məlumat verib.
"Paris Sen-Jermen" Mbappeni 2018-ci ildə 180 milyon avroya "Monako"dan alıb. Parislilərin heyətində Kilian 5 dəfə Fransa çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.




Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər