22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
MMA döyüşçüsü Mutayevin qətlində şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 03-02-2024 21:14 | Bölmə: Karusel

Dağıstan polisi qarışıq üslublu döyüşçü Maqomedrasul Mutayevin qatili olduğu iddia edilən şəxsi saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şübhəlinin 18 yaşlı respublika sakini olduğu məlum olub.
Maqomedrasul Mutayevin qətlində şübhəli bilinən şəxs Dağıstan Respublikasının Xasavyurt rayonunun polis şöbəsinə aparılıb. İstintaq davam edir.
Yanvarın 31-də axşam saatlarında Abdulmanal Nurməhəmmədov adına döyüş sənəti məktəbinin şagirdi, 21 yaşlı Maqomedrasul Mutayev evinin yaxınlığında güllə yarası alıb. Gənc döyüşçünü xilas etmək mümkün olmayıb, Mutayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
“RİA Novosti” xəbər verir ki, hüquq-mühafizə orqanları iki gün ərzində qətldə şübhəli bilinən şəxsi tapıb saxlamağa nail olub. Onun Kumtorkalinski rayonundan olan 18 yaşlı gənc olduğu üzə çıxıb. Qəsdən adam öldürmə faktı ilə bağlı istintaq davam edir.



Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər