22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Volqoqradda neft məhsulları yanır
Tarix: 03-02-2024 11:27 | Bölmə: Karusel

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Volqoqradda neft məhsullarının yanğını baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krasnoarmeyski rayonunda yanğın barədə Moskva vaxtı ilə saat 04:42-də məlumat verilib.
“İlk yanğınsöndürmə və xilasetmə briqadaları gələrkən müəyyən edilib ki, 300 kv.m sahədə neft sızması yanıb”, - deyə, idarədən bildirilib.
Hadisə yerində Volqoqrad yanğın-xilasetmə qarnizonunun yanğınsöndürən-xilasediciləri işləyir. İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
Daha sonra Volqoqrad vilayəti üzrə Fövqəladə Hallar Nazirliyi Moskva vaxtı ilə saat 6.57-də yanğının 100 kvadratmetr ərazini əhatə etdiyini bildirdi.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər