22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Finlandiyada rusiyayönlü hakerlər kiberhücumlarda günahlandırılıb
Tarix: 02-02-2024 20:34 | Bölmə: Karusel

Rusiyayönlü hakerlər Finlandiya saytlarına DoS hücumlarında ittiham olunublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rekord sayda hücum qeydə alınıb - 40-a yaxın təşkilat zərər çəkib.
Finlandiyanın Nəqliyyat və Rabitə Agentliyinin İnformasiya Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Mattias Mesianın sözlərinə görə, hakerlər hər gün saytların siyahısını dərc edirlər və bu gün bir neçə şəhər bu siyahıya daxil edilib, STT agentliyi xəbər verir.
Finlandiya mətbuatının məlumatına görə, bu, rus dilində Telegram kanalını idarə edən NoName057(16) haker qrupunun işidir.
Qərb dəfələrlə Rusiya Federasiyasını daxili işlərə qarışmaqda və kiberhücumlarda ittiham edib. Moskva bu cür əsassız ittihamları rədd edir. Eyni zamanda, xarici kəşfiyyat xidmətləri Rusiyada mühüm infrastruktur obyektlərinə kiberhücumlar həyata keçirmək üçün cinayətkarları cəlb edir, hətta özəl podratçılar da işə götürür.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər