22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Balıq konservləri istehsalı sexi yanıb
Tarix: 02-02-2024 08:24 | Bölmə: Karusel

Murmansk xilasediciləri balıq istehsalı müəssisəsində baş vermiş böyük yanğını söndürürlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Murmanskda cümə günü gecə balıq konservləri hazırlanan sexin ikimərtəbəli binasında yanğın baş verib. Yanğın 800 kvadratmetr ərazini əhatə edib.
Yanğının söndürülməsinə 32 nəfər və 9 texnika cəlb olunub. Yanğınsöndürənlər xüsusi texnikadan istifadə etməklə fasiləsiz su təchizatı üçün magistral xətləri çəkməli olublar.
Açıq atəş söndürülüb, yanğınsöndürənlər yanan tikililəri söndürərək hadisə yerində işlərini davam etdirirlər. Yanğının səbəbləri və dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.




Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər