22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Dövlət Duması Rusiya vətəndaşlığını qəbul edənlər üçün hərbi xidmətə çağırış yaşının 50 yaşa qədər artırılmasını istəyib
Tarix: 02-02-2024 08:02 | Bölmə: Karusel

Rusiya vətəndaşlığını almış kişilər üçün hərbi xidmətə çağırış yaşının 50 yaşa qədər artırılması ilə bağlı Dövlət Dumasına təşəbbüs irəli sürülüb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sənəd Rusiya parlamentinin aşağı palatasının məlumat bazasında dərc edilib.
Bu təşəbbüsün xüsusi hərbi əməliyyat fonunda aktuallıq qazandığı izah edilir. Baxmayaraq ki, Rusiya vətəndaşlığı üçün müraciət etmiş bəzi əcnəbilər bilərəkdən maksimum çağırış yaşına çatana qədər gözləyirlər və yalnız bundan sonra Rusiya Federasiyasının vətəndaşı olurlar. Hazırda Rusiya Federasiyasında hərbi xidmətə çağırış yaşı 30-dur.
“Təklif olunan qanun layihəsi bu problemləri həll edəcək və ədaləti bərpa edəcək”, - sənədin izahatında qeyd olunur.
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukraynada hərbi xüsusi əməliyyatda iştirakdan imtina edən miqrantların Rusiya vətəndaşlığından məhrum edilməsini təklif edib. Onun fikrincə, digər vətəndaşlar cəlb olunduğu kimi, miqrantlar da SVO-da iştirak etmək üçün cəlb edilməlidir.



Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər