22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Gimnastika üzrə olimpiya çempionu Axaimova təqaüdə çıxdı
Tarix: 01-02-2024 21:42 | Bölmə: Karusel

Tokio Olimpiadasının qalibi Liliya Axaimova təqaüdə çıxıb.
Gimnast qərarını sosial şəbəkədəki səhifəsində açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tokioda keçirilən Olimpiya Oyunlarında Liliya Axaimova komanda yarışında çempion olub. Rusiya millisinin heyətində Ancelina Melnikova, Vladislava Urazova və Viktoriya Listunova da iştirak edirdi.
"20 illik karyeram ərzində qeyri-mümkün olanın mümkün olduğuna əmin oldum. Tokio Olimpiadasında biz tarix yazdıq. Gimnastika mənə təkcə mükafatlar gətirmədi. Bu, mənim üçün həyat məktəbi oldu. Amma səhifəni çevirməyin vaxtıdır. ”, – Liliya Axaimova öz səhifəsində yazıb.
Bir müddət əvvəl Lilia yaxınlaşan evliliyini elan etdi. Onun seçdiyi keçmiş futbolçu və indi Saxalin məşqçisi Janis Linda idi.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər