22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsveçrə Aİ-nin 12-ci anti-Rusiya sanksiyalar paketinə qoşulub
Tarix: 31-01-2024 20:58 | Bölmə: Karusel

İsveçrə Federal Şurası 12-ci anti-Rusiya sanksiyalar paketinə qoşulmağa qərar verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhdudiyyətlər 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Lakin Bern ruslara məxsus şirkətlərin maliyyə əməliyyatları barədə məlumat verməkdən imtina edib.
Şura izah edib ki, bu yolla İsveçrə Ukraynada davam edən münaqişəyə reaksiya verir, həm də Aİ-yə daxil olur, TASS agentliyi yazır.
Xatırladaq ki, 12-ci sanksiyalar paketinə, məsələn, Rusiya almazlarının idxalına qadağa daxildir.
Daha əvvəl məlum olub ki, Bern Kiyevə dəstəyi davam etdirməyi planlaşdırır. Federal Şura 2025-2028-ci illər arasında Ukraynaya 1,74 milyard dollar ayıracaq. Bundan əlavə, növbəti dörd il ərzində ukraynalılar ərazilərin minalardan təmizlənməsi üçün 116 milyon dollar alacaqlar.



Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər