22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Amerikanın "F-16"sı Sarı dənizin sularına düşüb
Tarix: 31-01-2024 10:35 | Bölmə: Karusel

"Yonhap News" xəbər verir ki, Koreyanın Kunsan şəhərindəki Amerika bazasına təyin edilmiş "F-16" qırıcı təyyarəsi Sarı dənizin sularına düşüb, pilot havaya qalxa bilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza yanvarın 31-də səhər saat 08:40 radələrində (Moskva vaxtı ilə 02:40) aviabazanın yaxınlığında baş verib. Uçuş zamanı təyyarədə hansı fövqəladə vəziyyətin baş verdiyi açıqlanmır.
Təyyarənin qalıqları dibinə batdı, pilot təxminən bir saat sonra tapıldı, o, hazırda xəstəxanadadır, həyatı üçün təhlükə yoxdur.
Bu, son iki ayda "F-16"-nın iştirak etdiyi ikinci qəzadır. Belə ki, 11 dekabr 2023-cü ildə daha bir qırıcı təlim uçuşu zamanı Sarı dənizə düşüb, onun pilotu sağ qalıb.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər