22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kreml fiqurlu konkisürən Vəliyevanın cəzalandırılması ilə razılaşmır
Tarix: 30-01-2024 14:49 | Bölmə: Karusel

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml Kamilə Vəliyevanın diskvalifikasiyası ilə razı deyil və ona hüquqi yardım göstərəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daha əvvəl verilən xəbərə görə, İdman Arbitraj Məhkəməsi Kamilə Vəliyevanın 2021-ci ilin dekabrında dopinqlə bağlı işi üzrə ən ağır müddətə - 4 il məşqdən və yarışlarda iştirakdan uzaqlaşdırılması barədə qərar çıxarıb. Peskov bildirib ki, bu qərarı Kreml vermir.
Rusiyalı tək fiqurlu konkisürməçinin diskvalifikasiyasından sonra məlum olub ki, BOK və Beynəlxalq Konkisürmə İttifaqı Vəliyevanın iştirak etdiyi 2022-ci il Olimpiadasının komanda turnirinin nəticələrini nəzərdən keçirməyə və Rusiya yığmasını qızıl medallardan məhrum etməyə hazırdır.
“Biz nə məhkəmənin qərarı ilə, nə də federasiyanın (ISU – Beynəlxalq Konkisürmə İttifaqı) qərarı ilə razı deyilik, onları qəbul etmirik”, – Dmitri Peskov bildirib.
Eyni zamanda, Vladimir Putinin mətbuat katibi də hesab edir ki, bütün strukturlarla “işləməyə davam etməliyik”. O, həmçinin qeyd edib ki, CAS-ın qərarına etiraz etmək və olimpiyaçılarımızın hüquqlarını qorumaq üçün hər fürsətdən istifadə etmək lazımdır.
Peskov bildirib ki, Rusiya və ölkəmizdəki bütün idman həvəskarları üçün çempion fiqurlu konkisürənlər “nə ədalətsiz qərarlar qəbul edilməsindən asılı olmayaraq, Olimpiya Oyunlarının qalibi olaraq qalacaqlar”.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər