22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Szijarto Kiyevdən Rusiya neftinin tranzitini davam etdirməsini istəyib
Tarix: 29-01-2024 22:25 | Bölmə: Karusel

Macarıstan Ukraynadan Rusiya neftinin Mərkəzi Avropa ölkələrinə tranzitini davam etdirməsini istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu tələb Ujqorodda keçirilən danışıqlarda verilib. Onlarda Macarıstan və Ukraynanın xarici işlər nazirləri Peter Siyarto və Dmitri Kuleba, həmçinin Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak iştirak ediblər.
Szijarto görüşün yekunlarına dair mətbuat konfransında deyib: “Mən ukraynalı tərəfdaşlarımdan neftin öz ölkələri arasında etibarlı nəqlini təmin etmələrini xahiş etdim”.
Ujqorodda keçirilən danışıqlardan sonra Szijarto qeyd edib ki, Macarıstan və Ukraynanın qarşılıqlı etimadı bərpa etmək üçün çox uzun yolu var. Onun sözlərinə görə, Macarıstan müvafiq işləri görməyə hazırdır. Nazir əlavə edib ki, Ukraynaya məhz buna görə gəlib və bu istiqamətdə artıq müəyyən uğurlar əldə olunub.
Daha əvvəl xəbər verildiyi kimi, danışıqlarda Budapeşt və Kiyev Ukraynada milli azlıqların hüquqları üzrə komissiyanın yaradılması barədə razılığa gəliblər. O, Zakarpatiyanın macar əhalisinin hüquqlarına hörmətlə bağlı vəziyyəti aydınlaşdırmalıdır.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər