22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Parisdə nəqliyyat işçiləri Olimpiya Oyunları zamanı tətil planlaşdırırdılar
Tarix: 29-01-2024 22:13 | Bölmə: Karusel

Fransanın paytaxtı və şəhərətrafı ərazilərdə sərnişin daşımalarını təmin edən Paris Nəqliyyatı üzrə Muxtar İdarə (RATP) Parisdə Yay Olimpiya Oyunları dövrünü əhatə edəcək uzunmüddətli tətil elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, işçilər iş şəraitindən narazıdırlar və maaşların artırılmasını və iş həftəsinin 32 saata endirilməsini tələb edirlər.
Aksiya təxminən yeddi ay - 2024-cü il fevralın 5-dən sentyabrın 9-dək davam edəcək. Ölkənin ən böyük həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyasının (CGT) məktubunda deyilir ki, bu, “bütün RATP personalını” cəlb edəcək.
XXXIII Olimpiya və Paralimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.
Ötən ilin payızında keçirilən sorğunun nəticələrindən məlum olub ki, Fransa paytaxtı və ətraf şəhərlərin sakinlərinin demək olar ki, yarısı 2024-cü il Oyunlarının Parisdə keçirilməsinin əleyhinədir. Fransızlar yarışa mənfi münasibət bəsləmələrinin əsas səbəbi kimi təhlükəsizlik və nəqliyyat problemlərini göstəriblər.



Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər