22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Tvente"nin futbolçusu Uqalde "Spartak"a keçib
Tarix: 29-01-2024 22:08 | Bölmə: Karusel

"Tvente"nin hücumçusu Manfred Uqalde karyerasını "Spartak"da davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxt futbol klubu məlumat yayıb.
"21 yaşlı Uqalde "qırmızı-ağlar"la 4 il yarımlıq müqavilə imzalayıb", - "qırmızı-ağlar" bildirib.
"Spartak"a yeni gələn futbolçu 9 nömrəli forma geyinəcək. Yaxın vaxtlarda Uqalde Dubaydakı təlim-məşq toplanışında komandaya qoşulacaq.
Bu mövsüm Manfred "Tvente"nin heyətində bütün turnirlərdə 25 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Ötən ildən forvard mütəmadi olaraq Kosta Rika millisinə çağırılır.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər