22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tacikistan millisi Asiya kubokunun 1/4 finalçısı olub
Tarix: 29-01-2024 12:45 | Bölmə: Karusel

Qətərdə keçirilən futbol üzrə Asiya Kubokunda ilk 1/4 finalçılar müəyyənləşib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar Avstraliya və Tacikistan komandalarıdı.
Tacikistan komandası tarixinin ən yaxşı turnirini keçirir. Əvvəllər heç vaxt AFC Asiya Kubokuna vəsiqə qazanmayan komanda cari turnirdə dərhal pley-offa yüksəlməklə yanaşı, orada BƏƏ futbolçularına qarşı ilk oyunda da qalib gəlib.
Xatırladaq ki, tacikistanlı futbolçular A qrupundan 1/8 finala yüksəlib, burada turnirin ev sahiblərinə məğlub olsalar da, Çin və Livan komandalarını qabaqlayıblar. BƏƏ komandası iki dəfə ümumAsiya yarışlarının qalibi olub, son çempionatda isə yarımfinala yüksəlib.
Amma bu dəfə 1/8 finalda BƏƏ yığması məyus olub. Əsas vaxtda Xanonov və Əl-Həmmadinin qol mübadiləsindən sonra heç-heçə 1:1, penaltilər seriyasında isə məğlubiyyət 3:5 olub.
Pley-off mərhələsinin açılışı günü keçirilən digər oyunda isə Avstraliya yığması indoneziyalı futbolçularla qarşılaşmada xüsusi problem yaşamayıb - 4:0. Yanvarın 29-u bazar ertəsi 1/8 finalda "İraq" - "İordaniya" və "Qətər" - "Fələstin" komandaları qarşılaşacaq.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər