22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İsrail aviasiyası Qəzza sektorunu bombalayıb
Tarix: 28-01-2024 10:54 | Bölmə: Karusel

İsrail ordusuna məxsus təyyarələr Qəzza şəhərini intensiv atəşə tutur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İranın "Tasnim" xəbər agentliyinin məlumatına görə, anklavın cənubunda qırıcı təyyarələr də müşahidə edilib.

İordan çayının qərb sahilində isə İsrail ordusunun döyüşçüləri bir anda bir neçə böyük şəhərə hücum edir.
Bu arada İsraildə genişmiqyaslı mitinqlər keçirilir. Təl-Əvivdə nümayişçilər hökuməti bütün girovları dərhal geri qaytarmağa və baş nazir Benyamin Netanyahunu istefaya göndərməyə çağırır. Siyasətçinin özü də artıq bəyan edib ki, bu cür yürüşlər ancaq Fələstin hərəkatının əlinə keçib.
“New York Times”ın yazdığına görə, bir neçə ölkə İsrail və HƏMAS-ı sülh sazişinə doğru sövq edir. Qəzetin yazdığına görə, danışıqların əsas məqsədi Qəzza zolağında atəşkəs və girovların dəyişdirilməsidir.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər