22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
RFU Premyer Liqanın 21-ci turunu rəsmən aprelin sonuna təxirə salıb
Tarix: 27-01-2024 15:39 | Bölmə: Karusel

Rusiya Premyer Liqasının 21-ci turu rəsmən martın ortalarından aprelin sonuna qədər təxirə salınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin Bürosu məlumat yayıb.
RFU-nun rəsmi saytında bildirilir ki, oyunların təxirə salınması barədə qərar cümə günü, yanvarın 26-da keçirilən büro iclasında qəbul edilib. Onun nəticələrinə əsasən, indi RPL-in martın 15-17-si deyil, 21-ci turu aprelin 23-dən 25-dək baş tutacaq.
Xatırladaq ki, bu tur çərçivəsində digərləri ilə yanaşı ÇSKA və Spartak arasında da görüş nəzərdə tutulub. Rusiya çempionatının bu turunun tarixinin dəyişdirilməsinə səbəb Rusiya Federasiyasının prezidentinin seçilməsidir.



Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər