22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukrayna münaqişəsindən dəyən ziyan 135 milyard dollar həcmində qiymətləndirilir
Tarix: 26-01-2024 21:15 | Bölmə: Karusel

Ukraynadakı münaqişə binalara və ictimai infrastruktura təqribən 135 milyard dollar ziyan vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu rəqəmləri BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı açıqlayıb. Söhbət 24 fevral 2022-ci ildən Ukraynanın yaşayış infrastrukturuna dəymiş ziyandan gedir. Bununla belə, təşkilat elan edilən məbləğin hansı hissəsinin Rusiyanın yeni regionlarının payına düşdüyünü demir.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının sənədində qeyd olunur ki, münaqişə nəticəsində 1,4 milyon yaşayış binası zərər görüb. Onların təxminən üçdə birini bərpa etmək mümkün deyil.
Təşkilat Ukraynada yenidənqurma işlərinin aparılmasını, eləcə də vətəndaşların sərfəli mənzillə təmin olunmasını prioritet vəzifə adlandırıb.





Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər