22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Alman məktəblinin qətlində şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 25-01-2024 21:13 | Bölmə: Karusel

Hüquq-mühafizə orqanları Almaniyada məktəbli qızın ölümündə şübhəli bilinən şəxsi taparaq saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Mannheim şəhərinin polisi istintaqda iştirak edən şəxsin tapıldığını bildirib.
Ölümlə nəticələnən fövqəladə vəziyyətin səbəbləri və şəraiti hələ ki, açıqlanmır.
Xatırladaq ki, yanvarın 25-i cümə axşamı səhər Mannheim şəhərindəki məktəblərdən birində şagird dünyasını dəyişib. Qız ağır yaralanıb və həkimlər onu xilas edə bilməyiblər.
Şübhə mərhumla romantik münasibətdə olduğu iddia edilən başqa bir məktəblinin üzərinə düşüb. Gənc hadisə yerinə qaça bilib.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər