22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukrayna özünü qazla müstəqil şəkildə təmin etməyə hazırlaşır
Tarix: 25-01-2024 21:07 | Bölmə: Karusel

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, artıq 2024-cü ildə ölkə özünü öz qazı ilə tam təmin edə və onun idxalını dayandıra biləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qaluşenkonun “Reuters”ə müsahibəsində əminliyinə görə, gələn ildə Ukraynada təbii qaz istehlakı və hasilatı bərabər olacaq. Ərazilərin itirilməsi, əhalinin miqrasiyası, eləcə də qazın əsas istehlakçısı olan sənaye istehsalının fəlakətli şəkildə azalması səbəbindən istehlak ildən-ilə azalır.
Kiyev 2015-ci ildə Rusiyadan qaz alışından imtina edib və indi öz yanacağına keçməyə hazırdır. Nazir qeyd edib ki, hasilat yeddi faiz artarsa və istehlak daha da aşağı düşərsə, Ukrayna enerji ixracını bərpa edə bilər.
2021-ci ildə Ukrayna 27 milyard kubmetr qaz istifadə edibsə, artıq 2023-cü ildə istehlak cəmi 19 milyard kubmetr təşkil edib.
Bundan əlavə, Qaluşenko bu il Ukraynada dörd yeni atom enerji blokunun tikintisinə başlanılacağını bildirib. Onların hamısı ölkənin qərbində yerləşən Xmelnitski Atom Elektrik Stansiyasının bir hissəsi olacaq və Zaporojye Atom Elektrik Stansiyasının gücünün itirilməsini kompensasiya etməli olacaqlar.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər