22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
MLS ABŞ millisinin hücumçusunu “Spartak”a buraxmayıb
Tarix: 25-01-2024 12:26 | Bölmə: Karusel

Xesus Ferreyranın "Dallas"dan "Spartak"a keçidi baş tutmadı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, MLS ABŞ millisinin hücumçusunun karyerasını Rusiyada davam etdirməsinə icazə verməyib.
"Spartak" 23 yaşlı Xesus Ferreyra üçün 13 milyon dollar ödəməyə hazırdı. Bu transfer MLS tarixində rekord ola bilər.
Ferreyra "Spartak"ın oyunçusu olmağa hazır idi. "Sport 24" xəbər verir ki, liqa bu transferə veto qoyub. MLS ABŞ millisinin oyunçusuna siyasi səbəblərdən Rusiya klubuna keçməsini qadağan edib.
Xesus Ferreyra məşhur kolumbiyalı futbolçu David Ferreyranın oğludur. Xesus 2017-ci ildən "Dallas"da oynayır. Ferreyra ABŞ millisində 20 oyun keçirib və 11 qol vurub.



Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər