22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Atletik" "Barselona"nı Kral Kubokundan kənarlaşdırıb
Tarix: 25-01-2024 11:42 | Bölmə: Karusel

İspaniya kubokunun 1/4 final mərhələsinin "Atletik" - "Barselona" matçı başa çatıb. Əlavə vaxtdan sonra "Atletik" 4:2 hesabı ilə qalib gəlib.
"Barselona" İspaniya kuboku uğrunda mübarizəni tərk edib. 1/4 finalda "Atletik"ə 2:4 hesabı ilə məğlub olan "mavi qranatlar".
“Atletik” ilk dəqiqədə Qorka Qurusetanın qolundan sonra hesabda önə keçib. Lakin rəqiblər fasiləyə 2:1 hesabı ilə "Barselona"nın xeyrinə çıxıb. Robert Levandovski və Lamin Yamal fərqlənib. İkinci hissənin əvvəlində Ojan Sansen tarazlığı bərpa etdi. Əsas vaxt 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda Villiams qardaşları basklara qələbə qazandırıblar. İlk olaraq Qana millisində çıxış etdiyi Afrika Millətlər Kubokundan qayıdan İnakinin böyük qardaşı üçüncü qolu vurub. Yekun hesabı isə ispaniyalı hücumçu Nikki Uilyams qoyub – 4:2.
Yarımfinalın dörd iştirakçısından üçü məlumdur. “Atletik”dən başqa bunlar “Real Sosyedad” və “Malyorka”dır. Dördüncü iştirakçı isə “Atletiko” – “Sevilya” matçında müəyyənləşəcək.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər