22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Bir sutkadan artıq yanan fabrik söndürülüb
Tarix: 25-01-2024 11:23 | Bölmə: Karusel


Çelyabinsk vilayətindəki mebel fabrikində güclü yanğın söndürülüb - müəssisə bir gün əvvəl səhər saatlarında yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən verilən məlumata görə, Etkul rayonunun Baturinski kəndindən iki kilometr aralıda yerləşən “Regina-M” şirkətinə məxsus zavodda yanğın baş verib. Yanğın 3 min 600 kvadratmetr ərazini əhatə edib.
Yanğının söndürülməsində 60-dan çox mütəxəssis və 18 ədəd xüsusi texnika iştirak edib. Mümkün itkilər barədə məlumat verilmir. Yanğının başvermə səbəbləri araşdırılır. İstintaq Komitəsi həyat və sağlamlıq təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə istintaqa qədərki yoxlamaya başlayıb.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər