22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Real Sosyedad" İspaniya Kral Kubokunda yarımfinala yüksəlib
Tarix: 24-01-2024 11:01 | Bölmə: Karusel

İspaniya kubokunun ilk yarımfinalçısı müəyyənləşib. Rusiyalı legioner Arsen Zaxaryanın da yer aldığı "Real Sosyedad" oldu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Real Sosyedad" səfərdə "Selta"ya 2:1 hesabı ilə qalib gəlib. Arsen Zaxaryan 45 dəqiqə meydanda olub.
Sosyedadın ilk hücumu təsirli oldu. Mikel Oyarzabal dəqiq zərbəni vurdu. Bu qol ilk hissədə yeganə olub. Fasilədən sonra qonaqların heyətində Arsen Zaxaryan meydana çıxıb. Rusiyalı yarımmüdafiəçinin qol vurmaq imkanı olsa da, qol buraxıb. Lakin "Selta"nın qolunu "Sosyedad"ın yeni futbolçusu Şeraldo Bekker vurub. Görüşün sonunda Luka de la Torre bir qolu geri çəkdi.
"Real Sosyedad" 2:1 hesabı ilə qalib gələrək Kral Kubokunda yarımfinala yüksəlib. Qalan 1/4 final cütləri "Malyorka" - "Jirona", "Atletiko" - "Sevilya" və "Atletik" - "Barselona" komandaları ilə oynayacaq.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər