22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Biatlonçu Virolainen dünya çempionatında Finlandiya uğrunda mübarizə aparacaq
Tarix: 23-01-2024 22:32 | Bölmə: Karusel

Keçmiş rusiyalı biatlonçu Daria Virolainen fevralın 7-dən 18-dək Çexiyanın Nove Mesto şəhərində keçiriləcək dünya çempionatı üçün Finlandiya yığmasının heyətinə cəlb edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Finlandiya Biatlon Federasiyası məlumat yayıb. Finlandiya millisinin heyətində Venla Lehtonen, Noora Kaisa Keränen, Sonya Leinamo və Suvi Minkkinen də yer alıb.
Xatırladaq ki, Daria ötən il oktyabrın 19-da 58 yaşında dünyasını dəyişən üçqat olimpiya çempionu Anfisa Reztsovanın qızıdır. Virolainen-in kiçik bacısı Kristina Reztsova da biatlonçudur.
2023-cü ilin yayında Virolainen idman vətəndaşlığını Finlandiyaya dəyişdi. Əvvəllər Rusiya bayrağı altında Daria Dünya Kubokunda iki gümüş medal qazanmışdı. Onun Avropa çempionatında qızıl və bürünc medalları da var.




Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər