22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"La Libre": Belçika Rusiya aktivlərindən əldə etdiyi gəlirdən Ukraynaya 611 milyon avro köçürəcək
Tarix: 23-01-2024 20:05 | Bölmə: Karusel

Belçika 2024-cü ildə Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən Ukraynaya 611 milyon avro göndərməyi planlaşdırır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “La Libre” krallığın müdafiə naziri Ludivin Dedonderin ofisinə istinadən məlumat yayıb.
Söhbət Belçikada dondurulmuş Rusiya aktivləri üzrə faizlərdən getdiyi aydınlaşır.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən istifadə mexanizmi üzərində işi başa çatdırmaq üçün siyasi razılıq əldə ediblər. “Bloomberg” agentliyinin məlumatına görə, Rusiya Federasiyası Mərkəzi Bankının bloklanmış vəsaitlərindən əldə edilən gəlirlərə vergi tətbiq etməyi planlaşdırır.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər