22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Bloomberg": Türkiyə parlamenti bu həftə İsveçin NATO üzvlüyünə səs verəcək
Tarix: 22-01-2024 21:15 | Bölmə: Karusel

Türkiyə parlamenti bu həftə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu səsə qoymağa hazırlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunun çərşənbə axşamı, yanvarın 23-də baş verəcəyi gözlənilir.
Bu barədə məlumatlı mənbəyə istinadən "Bloomberg" məlumat yayıb. Müvafiq məsələ hələlik iclasın gündəliyinə daxil edilməyib.
Türkiyə parlamenti İsveçin üzvlük protokolunu ratifikasiya etsə, Macarıstan hələ prosesi başa çatdırmamış yeganə ölkə olaraq qalacaq.
Bundan əvvəl İsveçin xarici işlər naziri Tobias Billström ölkəsinin NATO-ya daxil olmaq üçün bütün tələbləri yerinə yetirdiyini və buna görə də sənədin tezliklə ratifikasiya olunacağına ümid etdiyini bildirmişdi.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər