22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Qəzəbli blogger Şpak qiyabi olaraq həbs edilib
Tarix: 22-01-2024 15:17 | Bölmə: Karusel

Rusiyanı tərk edən hədsiz blogger və bodibilder Aleksandr Şpak Rusiya ordusunu gözdən saldığı üçün qiyabi həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu hökmü bu gün paytaxtın Basmannı məhkəməsi çıxarıb.
Əvvəllər RF Silahlı Qüvvələri haqqında yalan məlumat yaydığına görə bir neçə dəfə cərimələnən Şpak axtarışa verilmişdi. Bəzi məlumatlara görə, 2022-ci ilin martında İndoneziyaya gedib, sonra Türkiyəyə köçüb və o vaxtdan Rusiyaya qayıtmayıb.
Məhkəmə bloggerin Rusiya ərazisinə girən kimi həbs olunmasına qərar verib. Bu andan onun iki aylıq həbsinin geriyə sayılması başlayacaq.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər