22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Tina Kandelakinin Qazaxıstana girişi qadağan edilib
Tarix: 22-01-2024 14:51 | Bölmə: Karusel

Qazaxıstan Xarici İşlər Nazirliyi Tina Kandelakinin ölkəyə girişini qadağan edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
Diplomat deyib ki, "zərurət yaranarsa, tədbirlər görülür. O, Qazaxıstana getməyə bilər, amma getmək qərarına gəlsə, içəri buraxılmayacaq".
Bu cür hərəkətlərə səbəb TNT telekanalının direktorunun teleqram kanalında Qazaxıstanda rus dilinin yerindən oynadıldığı barədə açıqlamaları olub. O, respublika hakimiyyətinin dəmir yolu stansiyalarının rus adlarını qazax adları ilə əvəz etmək qərarını xatırladıb.
"Baltik təcrübəsi göstərdiyi kimi, bu, çox təhlükəli tendensiyadır", - Kandelaki yazıb.
Teleaparıcının açıqlaması Qazaxıstan siyasətçiləri və vətəndaşlarının narazılığına səbəb olub.
Konstitusiyaya əsasən, respublikada dövlət dili qazax dilidir. Bununla birlikdə rəsmi olaraq rus dili də istifadə olunur.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər