22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Joze Mourinyo "Napoli"ni idarə edə bilər
Tarix: 21-01-2024 18:53 | Bölmə: Karusel

Roma "Roma"sından qovulan portuqaliyalı mütəxəssis Joze Mourinyo fəaliyyətini İtaliyada davam etdirə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı portuqaliyalı gələn həftə "Napoli"nin prezidenti Aurelio De Laurentis ilə görüşəcək. “The Sunday Times”ın məlumatına görə, bu görüşdə tərəflər Mourinyonun Neapolitan komandasına baş məşqçi təyin olunmasının mümkünlüyünü müzakirə edəcəklər.
Xatırladaq ki, bu həftənin əvvəlində Mourinyo paytaxtın “Roma” klubunun baş məşqçisi postundan qovulub. Romalıların yeni baş məşqçisi “Qurdlar”ın heyətində 17 mövsüm keçirən Daniele de Rossidir.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər