22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Roma” Mourinyonun istefasından sonra ilk qələbəsini qazanıb
Tarix: 20-01-2024 23:16 | Bölmə: Karusel

Paytaxtın “Roma” klubu doğma “Olimpiko” stadionunun meydanında futbol üzrə İtaliya çempionatının 21-ci turunda “Verona”ya 2:1 hesabı ilə qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblər müvafiq olaraq 19 və 25-ci dəqiqələrdə fərqlənən Romelu Lukaku və Lorenzo Pelleqrininin qollarına imza atıb. Mikael Folorunşo 76-cı dəqiqədə qonaq düşərgədə bir dəfə fərqlənib.
“Roma” son beş oyunda iki qələbə qazanaraq 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində, “Verona” isə 17 xalla 18-ci pillədə qərarlaşıb.




Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər