22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Almaniya çempionatında Dortmund "Borussiya"sı "Köln"ü darmadağın edib
Tarix: 20-01-2024 23:01 | Bölmə: Karusel

Futbol üzrə Almaniya çempionatının 18-ci turunun matçında Dortmund “Borussiya”sı səfərdə “Köln”ü darmadağın edərək, rəqib qapısına dörd cavabsız top keçirib – 4:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin heyətində Doniell Malen dubla (12, 61-ci dəqiqə), Niklas Füllkrug (58) və Yussuf Moukoko (90+2) isə bir dəfə fərqlənib.
“Borussiya” ardıcıl ikinci qələbəsini qazanaraq 33 xalla turnir cədvəlinin 5-ci pilləsində, Köln isə 11 xalla 17-ci pillədə qərarlaşıb.
Paralel oyun günü matçında "Bohum" evdə "Ştutqart"ı məğlub edib (1:0), "Darmştadt" "Ayntraxt"la (2:2), "Heydenhaym" "Volfsburq"la (1:1), "Frayburq" isə "Hoffenhaym"dan (3:3) güclü olub. 2).




Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər