22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İtalyan Rusiyaya casusluq ittihamı ilə 20 il azadlıqdan məhrum edilib
Tarix: 19-01-2024 23:12 | Bölmə: Karusel

Romada münsiflər heyəti İtaliya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Valter Biotu casusluqda təqsirli bilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, yanvarın 19-da Romada münsiflər heyəti italiyalı Valter Biota hökm çıxarıb. Keçmiş hərbçi 20 il müddətinə azadlıqdan məhrum edilib. İttiham tərəfi təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ötən ilin yazında Romadakı hərbi tribunal Biotu 30 il həbs cəzasına məhkum etsə də, apellyasiya şikayətindən sonra bu qərara yenidən baxılıb.
Daha əvvəl bildirilmişdi ki, 2021-ci il martın sonunda İtaliyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Rusiyanın Romadakı səfirliyində işləyən rus zabiti və İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı şübhə altına düşüb. Onlar mükafat müqabilində Rusiya tərəfinə gizli sənədləri ötürməkdə ittiham olunublar.



Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər